Modern.az

Moskva Bakının siqnallarına diqqətlə yanaşır - Zaxarova

Moskva Bakının siqnallarına diqqətlə yanaşır - Zaxarova

Aktual

20 Aprel 2022, 23:12

Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Moskva Azərbaycan tərəfinin istənilən siqnallarına çox diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə "Azərbaycan ərazisində Amerikanın bioloji laboratoriyalarının olması ilə bağlı" iddiaları şərh edərkən deyib.

 

"Biz bununla bağlı daxil olan istənilən siqnala çox diqqətlə yanaşır və onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq", - deyə Zaxarova qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...