Modern.az

Ukraynada girov düşən tələbə Azərbaycana qayıtdı - FOTO

Ukraynada girov düşən tələbə Azərbaycana qayıtdı - FOTO

Aktual

21 Aprel 2022, 11:12

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

 

Modern.az-ın Report-a istinadən məlumatına görə, bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

 

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

 

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən əsir götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin əsirliyindən azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...