Modern.az

Tələbələr Nizaminin məqbərəsini ziyarət ediblər

Tələbələr Nizaminin məqbərəsini ziyarət ediblər

Aktual

21 Aprel 2022, 17:22

Aprelin 19-da Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakultəsinin tələbələri humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, fakultənin humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirovanın, tyutorlar Günay Yusibova və Səbinə İbrahimovanın, eləcə də universitetin tələbə gənclər təşkilatının sədri Fuad Dadaşovun rəhbərliyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, ekskursiya zamanı Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin muzeylərində də olmuş, burada nümayiş etdirilən eksponatlara baxmışlar. Ekskursiya tələbələrdə xoş təəssürat oyadıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı