Modern.az

Əli Əliyevin apellyasiya məhkəməsinin tarixi açıqlandı

Əli Əliyevin apellyasiya məhkəməsinin tarixi açıqlandı

Aktual

21 Aprel 2022, 21:12

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin apellyasiya şikayəti üzrə məhkəməsi 22 aprel 2022-ci il tarixində keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.

 

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

 

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihatçıların şikayətləri ayrı icraatda araşdırılıb.

 

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı