Qarşıdakı dörd həftə Rusiyanın Ukraynadakı müharibəsinin yekun nəticəsini müəyyənləşdirəcək və uzunmüddətli nəticələr gələcək onilliklər üçün Avropanın xəritəsinə təsir edəcək.
Modern.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
Amerikalı rəsmilərin fikrincə, Ukrayna hərbçiləri Rusiyanın Donbasdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti çətin seçim qarşısında qalacaq.
“İllərlə davam edə biləcək müharibəyə daha çox döyüş gücü vermək və ya ciddi şəkildə sülh danışıqları aparmaq lazım olacaq. Birinci variant tam milli səfərbərlik demək ola bilər və Kreml rəhbəri üçün siyasi baxımdan risklidir. Düzgün silahlarla, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələri nəinki Rusiyanın irəliləyişini dayandıra, həm də onu geri çəkə bilər” - Qərb mətbuatında yer alan xəbərdə qeyd olunub.