Modern.az

Ceyhun Bayramov Ermənistandakı aksiyalara münasibət bildirdi

Ceyhun Bayramov Ermənistandakı aksiyalara münasibət bildirdi

Aktual

10 May 2022, 11:50

“Ermənistanda etiraz aksiyalarını təşkil edənlər, aksiyaların başında duranlar Ermənistan cəmiyyəti üçün kifayət qədər məlum şəxslərdir. Onlar əvvəllər hakimiyyətdə olublar və məqsədləri bəllidir”.

 

Modern.az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazirin sözlərinə əsasən, həmin şəxslər uzun illər erməni xalqına vədlər verib, onları illüziyalarla aldadıblar: "Ermənistandakı mitinqlər hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. Bəziləri Qarabağ mövzusunu gündəmə gətirmək istəyirlər. Biz bu prosesləri izləyirik. Orada geniş ictimai dəstəkdən söhbət getmir, ən böyük halda beş-altı min adam belə yoxdur”.

 

Qeyd edək ki, Ermənistanda aprelin 25-dən etibarən baş nazir Nikol Paşinynanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı