Modern.az

İsa Qəmbər 56 yaşını qeyd edir

İsa Qəmbər 56 yaşını qeyd edir

Aktual

24 Fevral 2013, 11:37

Bu gün Müsavat başqanı İsa Qəmbərin doğum günüdür. 56 yaşı tamam olan İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib.

1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.

1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

1992-ci ilin noyabr ayından Müsavat Partiyasının başqanıdır.

Evlidir, iki övladı var

Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı