Modern.az

“Xocalı soyqırımı ilə bağlı əlimizdə ciddi faktlar var”

“Xocalı soyqırımı ilə bağlı əlimizdə ciddi faktlar var”

Aktual

24 Fevral 2013, 14:48

“Xocalı soyqırımının tanıdılması ilə bağlı biz bir daha beynəlxalq təşkilatlara müraciət edirik. Artıq dünyü ictimaiyyəti soyqırımı tanımalıdır” Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Modern.az-a açıqlamasında bildirib.

Qanlı hadisələrin baş verdiyi zaman Nazirlər Kabinetində çalışan H.Rəcəbli Xocalının o zamanki icra başçısı Elman Məmmədovla birgə insanlara lazımı köməkliklərin göstərildiyini bildirib:

“Xocalı soyqırımı ilə bağlı əlimizdə ciddi faktlar var. Faciə zamanı neçə nəfər öldürülüb, hadisələr necə olub? Bu haqda xeyli faktlarımız var. Hadisə baş verdiyi zaman Nazirlər Kabinetində bununla bağlı gücləndirilmiş rejimdə çalışırdıq.Xocalının icra başçısı Elman Məmmədovla mütəmadi əlaqə saxlayıb, insanlara köməklik edirdik. Elman Məmmədovla birgə Xocalı sakinlərinin Bakıya yerləşdirilməsi istiqamətində əlimizdən gələni edirdik.

Artıq soyqırımın baş verməsindən 21 il ötür. Biz bir daha Xocalı soyqırımının tanıdılması ilə bağlı  Beynəlxalq Təşkilatlara müraciət edirik. Həmçinin Milli Məclisdə də Xocalı soyqırımının tanıdılması istiqamətində çox ciddi işlər görür.

Qeyd edim ki, Milli Məclis tərəfindən Xocalı faciəsini özündə əks etdirən bir neçə kitab nəşr olunub. Şəhid ailələrinin demək olar ki, hamısının sosial müdafiəsi gücləndirilib. Bildiyimiz kimi dövlət tərəfindən onların pulsuz təhsil alması təmin olunub. Hesab edirəm ki, dünya ictimaiyyəti də erməni işğalçıları tərəfindən Azərbaycan xalqının başına gətirilən soyqırım faktını tanımalıdır”,-deyə Milli Məclisin deputatı bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı