Modern.az

Nuşirəvan Məhərrəmli: “Telekanallar nazirliklərə borclu deyil ki...”

Nuşirəvan Məhərrəmli: “Telekanallar nazirliklərə borclu deyil ki...”

Aktual

26 Fevral 2013, 09:39

“Sosial reklam çox ciddi məsələdir. Son zamanlar nazirliklərdən televiziya kanallarına çoxlu reklamlar daxil olur ki, onların sosial reklam kimi verilməsini istəyirlər. Bu isə qanunvericilikdə öz həllini tapmayıb”.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

““Televiziya və radio haqqında” Qanunda göstərilir ki, 1 saatda telekanal 12 dəqiqə reklam verir. Əgər o reklamın içərisində sosial reklam da gedirsə, televiziya kanalları bunda ancaq uduzurlar. Çünki onlar, xüsusilə özəl telekanallar öz fəaliyyətlərini yalnız reklam üzərində qururlar”.

N.Məhərrəmli hesab edir ki, sosial reklamların verilməsi qanunvericiliklə tənzimlənməlidir.

“Daha çox dövlət büdcəsindən maliyyəlşən kanallarda, xüsusilə AzTV və İTV-də buna geniş yer verilməlidir.

Son zamanlar sosial reklamların sayı həddindən çox olub. Bütün nazirliklər, komitələr, ayrı-ayrı icra strukturları reklamlarını telekanallara göndərir və onun sosial reklam kimi yayımlanmasını istəyir. Amma bu, kanalların da birbaşa borcu deyil və onların da müəyyən bir həddi var”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı