Fransada fəaliyyət göstərən Strasburq «Azərbaycan Evi» Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Strasburq şəhərində Kleber meydanında (Place Kleber) mitinq keçirib.
Strasburq "Azərbaycan Evi"ndən Modern.az-a verilən məlumata görə, aksiyada Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti və Fransadakı Azərbaycanlı Tələbələr Assosasiyasının üzvləri də iştirak ediblər.
Mitinqdə ermənilərin törətdikləri Xocalı soyqırımı barədə həqiqətləri fransız xalqına çatdırmaq üçün məqsədyönlü fəaliyyət proqramı və geniş təbliğat aparılıb.
Modern.az