Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb.
Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az