Modern.az

“Mütəllibovun əleyhdarları Xocalıdan sonrakı faciələri kimin boynuna qoyacaqlar?”

“Mütəllibovun əleyhdarları Xocalıdan sonrakı faciələri kimin boynuna qoyacaqlar?”

Aktual

26 Fevral 2013, 14:08

Keçmiş prezident Ayaz Mütəllibov APA-ya müsahibəsində 1992-ci ildə  Xocalı faciəsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, həmin dövrdə AXC bu hadisədən hakimiyyətə gəlmək üçün istifadə edib. Müsavat Partiyası icra aparatının rəhbəri, AXC-nin o zaman fəallarındanm olan Arif Hacılı isə bu ittihamlara cavab verərkən Modern.az-a bildirib ki, AXC heç də sui-istifadəyə yol verməyib. Xocalı faciəsinin əsas günahkarının Ayaz Mütəllibovun özünün olduğunu vurğulayan Arif Hacılı onu Moskvadan imdad diləməkdə də təqsirləndirib.

Modern.az qarşılıqlı ittihamlarla bağlı 1992-ci ildə Azərbaycan Ali Sovetinin deputatı olmuş, Dövlət Müdafiə Komitəsinini keçmiş üzvü, hazırda ASDP sədri olan Araz Əlizadədən münasibət öyrənib. Aytaz Mütəllibovun silahdaşı olan Araz Əlizadənin bu qarşılıqlı ittihamlara cavabı qısa olub:

“Mən bir şeyi demək istəyirəm ki, Ayaz Mütəllibova qarşı o fikirləri səsləndirənlər Xocalıdan sonrakı faciələri kimin boynuna qoyacaqlar? Baxıb görsünlər özləri digər faciələrdə hansı rolu oynayıblar?”

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı