Modern.az

Fəttah Heydərov Prezidentə məktub yazdı

Fəttah Heydərov Prezidentə məktub yazdı

Aktual

26 Fevral 2013, 14:44

Millət vəkili, Azərbaycan Ağsaqqalları Şurasının sədri Fəttah Heydərov prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə “Şərəf” ordeni ilə təltif edilən F.Heydərov ölkə başçısına təşəkkürünü bildirib.

“Sadə və mütəvaze fəaliyyətimə verdiyiniz çox böyük və dəyərli qiymətə - məni “Şərəf” ordeni ilə təltif etdiyinizə görə, Sizə səmimi qəlbdən təşəkkür edir, Sizə uzun ömür, cansağlığı, ulu öndər Heydər Əliyevin yaratdığı və əmanət qoyduğu müstəqil Azərbaycanımızın əbədiliyi, daimiliyi, dönməzliyi naminə yorulmaz fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Allah Sizi qorusun!”-deyə məktubda bildirilir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı