Ermənistanda keçirilən seçkilərində hazırki prezident Serj Sərkisyana məğlub olan İrs partiyasının sədri Raffi Ovanisyan Rusiya və Amerikanı sərt tənqid edib. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ovanisyan Putin və ABŞ-ın xarici işlər naziri Con Kerrini Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
"Rusiya prezidenti Vladimir Putin, ABŞ xarici işlər naziri Con Kerri Sərkisyanı təbrik etməkdə tələskənliyə yol verdilər. Mən bu haqda da Rusiyanın səfirinə bildirdim. Nə Putin, nə də Kerri Ermənistan əhalisinin hüquqlarının pozulmasına dəstək verməməlidir. Onu da qeyd edim ki, nə Qərb, nə də Rusiya mənə demokratiya dəsri verməsin. Mən ancaq öz xalqıma xidmət edirəm”-deyə erməni siyasətçi bildirib.
Anr RÜSTƏMOV