Modern.az

İran Mişel Obamanın paltarını dəyişib- FOTO

İran  Mişel Obamanın paltarını dəyişib- FOTO

Aktual

26 Fevral 2013, 17:32

İranın FARS informasiya agentliyi Amerikan kino Akamediyasının Oskar mükafatı mərasimi kadrlarını özünə məxsus bir tərzdə göstərib. Modern.az bildirir ki, ilin filmi nominasiyasında mərasimin ilk mükafatını təqdim edərkən ABŞ-ın birinci xanımı  Mişel Obama uzun qapalı lakin qısa qolları olan bir paltarda çıxış edib.Əslində məşhur modelyer–dizayner Naeemi Khandan olan bu dəbli geyim açıq dekoltedən olub.

Qeydək ki bu dəfə ilin filmi Ben Aflekin “Arqo əməliyyatı” filmi olub. Filmdə Amerika kəşfiyyat qüvvələrinin İranda əsir saxlanılan 6 amerikan diplomatı azad etmək üçün apardığı  əməliyyatdan bəhs olunur. Sözü gedən filmin ilk afişaları çıxan zaman İran hakimiyyəti bu filmin İran əleyhinə olduğunu bildirirdi.

 

 

 

 

 

 

 

 

Günəş FƏRHADLI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı