Modern.az

Fuad Muradov yəhudi gənclərlə görüşüb

Fuad Muradov yəhudi gənclərlə görüşüb

Aktual

28 Fevral 2013, 13:37

İsraildə səfərdə olan Azərbaycan Respublikasının deputatı Fuad Muradov “İsrail Bizim Evimizdir” partiyasının Gənclər təşkilatının üzvləri ilə görüşüb.

Fuad Muradov Azərbaycanın inkişaf perspektivləri, regionda və dünyada artan rolu barədə israilli gənclərə ətraflı məlumat verib. Deputat qeyd edib ki, Azərbaycan dövləti gələcəyin liderləri olan gənclərin problemlərinin həllinə xüsusi diqqət yetirir və ölkədə həyata keçirilən gənclər siyasəti, gənclərlə bağlı qəbul olunmuş dövlət proqramları Azərbaycan gəncləri tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin deputatı, Azərbaycanın və İsrailin gənclər təşkilatları arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək gənclər arasında müxtəlif layihələrin həyata keçirilməsini vacibliyini vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafında siyasi partiyaların, eləcə də gənclər təşkilatlarının rolunu qeyd edən “israil Bizim Evimizdir” Partiyası gənclər birliyinin sədri Odel Forer bildirib ki,  onun üzv olduğu partiya, eləcə də gənclər birliyi azərbaycanlı həmyaşıdları və siyasi həmfikirləri ilə əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə gənclər təşkilatları arasında əlaqələrin inkişaf istiqamətləri, gənclərin iştirakı ilə birgə layihələrin hazırlanması, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı