Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Fransada azərbaycanlı tələbələrin döyülməsi ilə bağlı etiraz açıqlaması yayıb. Modernaz.-ın məlumatına görə, açıqlamada deyilir:
Bəlli olduğu kimi bu il fevralın 26-da Parisdəki Azərbaycan Evinin baçısı Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov sözün həqiqi anlamında azğınlaşmış erməni diasporu üzvləri tərəfindən vəhşicəsinə döyülmüşlər. Hadisənin ən hiddətdoğuran tərəfi bu adıyaman olayın Fransa Milli Assambleyasının binasında, üstəlik də deputat Fransua Roşeblonun təhriki və iştirakı ilə baş verməsidir. Bu utanverici olay düşüncə, fikir, söz və hərəkət azadlığının kobud şəkildə pozulması, təkzibolunmaz fiziki təzyiq və təhqirdir. Bu olay Avropada və ümumən dünyada insan hüquq və azadlıqlarının pionerlərindən sayılan Fransanın bu ada, mənəvi mandata uyğunluğunu sual altına almaqdadır. – Ən azından ona görə ki, hələ Fransa hüquq-mühafizə orqanlarının yetərli və təsirli münasibəti yoxdur; Fransada azərbaycanlılara, ümumən türklərə və müsəlmanlara qarşı birinci dözümsüz münasibət deyil; elə bir zəmanət də yoxdur ki, güvənəsən ki, bir daha belə qanunsuz olay baş verməyəcək. Digər tərəfdən Fransa beynəlxaql ictimaiyyətin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlandırdığı, əslində Ermənistanın Azərbaycan torpaqlarını işğal faktına köklü münasibət bəsləməli, çözüm yolu tapmalı olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir.