Modern.az

Bu gün Xətaidə içməli su kəsiləcək

Bu gün Xətaidə içməli su kəsiləcək

Aktual

1 Mart 2013, 11:00

Bakı şəhəri Xətai rayonu Nobel prospektindən keçən 400 mm diametrli  magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə təmir işləri aparılır. Bununla əlaqədar martın 1-də gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu”yun mətbuat xidməti məlumat verib. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!