Artıq abunəçilər Nar 3G modemlərini kompyuter və texniki avadanlıqlar satılan mərkəzlərdən əldə edə bilərlər
Abunəçilərinin rahatlığını təmin etmək üçün Nar Mobile, modem satışı mərkəzlərini genişləndirir. Artıq Nar Mobile abunəçiləri Nar 3G modemlərini sadəcə Nar Dünyası mərkəzlərindən deyil, kompyuter və texniki avadanlıqlar satışını həyata keçirən mərkəzlərdən də almaq imkanını əldə edəcəklər.
Belə ki, Proline Fujitsu–Siemens, Notecomp, Robotech və BestComp şirkətləri ilə olan razılaşmaya əsasən, Nar Mobile abunəçiləri şəhərin mərkəzində yerləşən bu şirkətlərə məxsus 30-dan çox kompyuter və texniki avadanlıqlar mağazalarından Nar 3G modemlərini ala bilərlər. Modemlərin satışı standart qiymət üzrə satılır. Nəzərinizə çatdırırıq ki, 1 aylıq limitsiz internet alan abunəçilər pulsuz Nar 3G modemini əldə edə bilərlər.
Qeyd edək ki, Nar Mobile yaxın gələcəkdə həmin şirkətlər ilə birgə yeni kampaniya və aksiyalar həyata keçirmək niyyətindədir.