Qazaxıstan prezidenti Nursultan Nazarbayev təklif edib ki, respublika qadınlarına analıq qabiliyyəti öyrədilsin. Modern.az bildirir ki, bu fikirləri hökumət başçısı öz iqamətgahında zərif cinsin nümayəndlərini 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bağlı təbrik edərkən deyib.
“Biz deyirik ki, analıq çox çətin vəzifədi, Amma nədənsə kimsə kiməsə analığı öyrətmir. Biz artıq iqtisadiyyatımızı dirçəltmişik və bunun üzərində işləmək lazımdır. Əslində ailə həyatı ilə bağlı suallar gənc qızlar üçün başlanğıcdır və bu, onlar üçün çox çətin vaxt hesab edilir.”
Təbrik nitqində Nazarbayev deyib ki, uşaq doğumu və tərbiyəsi qadınların müqəddəs öhdəliyidir, kişilər bu məqamda zəifdirlər. Prezidentin fikrincə, bu gün Qazaxıstan ailələrində uşağın təhsili tərbiyəsindən üstün tutulur.
”Uşaqlara oxumağı, diplom almağı öyrətmək olar. Bu da yaxşıdır. Peşəyə yiyələnəndi, diplom aldı, bəs sonra? Əsas odur ki, yalnız diplomlu deyil, eyni zamanda şərəfli vətəndaş yetişdirək. Xalqımıza düşünən məsuliyyətli, vətənpərvər vətəndaşlar lazımdır” -deyə prezident bildirib.
Elçin AĞAYEV