Ötən gün daha bir əsgərimiz şəhid olub. Modern.az-ın məlumatına görə, Şirvan şəhər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılan 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu Beyləqan istiqamətində qoşunların təmas xəttində ermənilərin atdığı snayper gülləsinə tuş gələrək şəhid olub.
***
Müdafiə Nazirliyinin mətbuat xidməti şəhid olan əsgər barədə məlumat yayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.
Allah rəhmət eləsin!
Modern.az