Modern.az

Qubalı jurnalistlər azadlığa buraxıldı

Qubalı jurnalistlər azadlığa buraxıldı

Aktual

15 Mart 2013, 18:34

Bu gün Xaçmaz rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən 6 nəfərə hökm oxunub. Modern.az-ın məlumatına görə, məhkəmə prosesində hakim Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib.

Quba hadisələrində təqsirləndirilən jurnalistlər məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Quba hadisələrinə görə ümumilikdə 30 nəfər həbs olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...