Bu gün Mətbuat Şurasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar Bakı Əyləncə Mərkəzində tədbir keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mətbuat nümayəndələri və Türkiyənin media orqanlarının rəhbərləri ştirak ediblər.
”Zamanla üz-üzə” filminin təqdimatından sonra Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov çıxış edib. O, Azərbaycan mətbuatının keçdiyi yol haqqında qısa məlumat verib və bildirib ki, müstəqillikdən sonra bir çox jurnalist cəmiyyət üçün örnək olub.Həmçinin o, Mətbuat Şurasının fəaliyyətinə də qısa nəzər salaraq, 10 il ərzində keçdiyi yolu xatırladıb. Ə.Həsənov Mətbuat Şurasının fəaliyyət istiqamətində 3 əsas məqamı müşahidə etdiyini qeyd edib: "Birinci azad söz və azad mətbuat, ikinci jurnalist peşəkarlığının artırılması, üçüncü isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması. Jurnalistika qeyri-peşəkar jurnalistlərdən təmizlənməlidir. Onlar jurnalistikada qaldıqca jurnalistikamız inkişaf etməyəcək".
Aqşin Kərimov