Milli Məclisin deputatı İlham Məmmədov hökumətin hesabatı ilə bağlı fikirlərini açıqlayıb.
O, Modern.az saytına bildirib ki, 2012-ci ildə aparılmış səmərəli maliyyə siyasəti nəticəsində iqtisadi tarazlıq və ölkənin iqtisadi inkişaf sürəti qorunub saxlanıb: “Prezidentin 2012-ci ildə qarşıya qoyduğu məsələlərin uğurla həyata keçirilməsini bilavasitə icra edən hökumətin fəaliyyətini yüksək qiymətləndirirəm. Mən də bu hesabatı yüksək qiymətləndirirəm”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğuru bütün dünya yüksək qiymətləndirir. Bütün bunlar Prezidentin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların, dünya ölkələrinin bizə verdiyi dəyərin ifadəsidir. Ona görə də bu günkü hesabata ancaq yüksək qiymət vermək lazımdır.
Növbəti illər üçün bu hesabatda sosial sahənin əsas hissəsi olaraq, tibbi islahatların uğurla həyata keçiriləcəyini qeyd etmək istəyirəm. Son on ildə şəkərli diabet xəstələrində şəkərin miqdarını təyin etmək üçün pulsuz müayinələr həyata keçirilir. Artıq 2012-cu ilin nəticəsinə görə bu sahədə hər yüz min nəfərə ölüm 21,7%-dən-7,5%-ə enib.
Bütün bunlar Prezidentin apardığı çevik iqtisadi, xarici, siyasətin nəticəsidir. Hesab edirəm ki, gələcəkdə də bu uğurlarımızın davamı olacaq”.
Modern.az