Modern.az

Deputat nazirliyin səlahiyyətlərinin Asan Xidmətə verilməsinə tərəfdar çıxdı

Deputat nazirliyin səlahiyyətlərinin Asan Xidmətə verilməsinə tərəfdar çıxdı

Aktual

15 Mart 2013, 20:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra səlahiyyətinin Asan Xidmətinə verilməsi ilə bağlı təkllifə millət vəkili Məlahət İbrahimqızı da münasibət bildirib. Modern.az-ın məlumatına görə o, qeyd edib ki, Asan Xidmət qısa vaxt ərzində fəaliyyətə başlamasına baxmayaraq, vətəndaşların güvənini qazanıb.

Onun sözlərinə görə, sosial müavinətlər verilən gündən insanlar bir çox problemlərlə qarşılaşıb: “Bu kimi problemlər nəinki bir bölgədə, bütün bölgələrdə yaşanıb.
Asan Xidmətinin yaradılması isə vətəndaşlara öz problemlərini həll etməkdə bilavasitə yardımçı olacaqdır. Ona görə də mən qaldırılan bu təklifləri çox yüksək qiymətləndirirəm.

Millət vəkili olaraq, biz özümüz də bu xidmətlə maraqlanmışıq və hesab edirəm ki, bu düzgün bir təklifdir. Bu xidmətin mexanizminin necə olacağı haqda isə əvvəlcədən fikir bildirmək istəmirəm”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı