Bakıda Azərbaycan-Rumıniya Ticarət Palatasının açılış mərasimi olub. Modern.az xəbər verir ki, açılışda Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea o cümlədən Azərbaycanın biznes strukturlarının nümayəndələri və yerli iş adamları Azərbaycan-Rumıniya Ticarət Palatasının ofisinin acılışında iştirak ediblər.
Açılş mərasiminin iştirakçıları Azərbaycan-Rumıniya Ticarət Palatasının ofisində yaradılan iş şəraiti ilə tanış olublar.Palatanın sədri Şahin Nəbiyev burda ölkələrimiz arasındakı qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və işgüzar təşəbbüslərin dəstəklənməsi üçün müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea Azərbaycanla Rumıniya arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən danışıb.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu deyən qonaq Bakıda Azərbaycan –Rumıniya ticarət Palatasının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Əlavə edib ki, Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan investor ölkəyə çevrilib. Rumıniya da Azərbaycan iş adamlarının sərmayəsi üçün həmişə açıqdır və birgə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-Rumıniya Ticarət Palatasının yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.




Modern.az