İnsanlar bir çox şeylərdən qorxur.Yəni özlərinində bir vərdiş halına gətirdikləri və ömür boyu özləri ilə birgə yaşatdıqları bir çox qorxuları var.Kimisi qaranlıqdan qorxur, kimisi sudan, kimisi hörümçəkdən, kimisi qapalı mühitdən və sairə. Qorxusu olmayan insan yoxdur.Hətta elə qorxularımız var ki, biz onun heç adını belə bilmirik. İnsanlara məlum olmayan çox qəribə qorxular- fobiyalar mövcuddur. Modern.az belə fobiyaların siyahısını təqdim edir.
1.Akribofobiya-Oxunulan şeyin(mətnin,materialın) mənasını anlaya bilməmək qorxusu.
2.Bibleofobiya-Kitabxana qorxusu.
3.Verbofobiya-Söz qorxusu.
4.Qadiofobiya(ierofobiya)-dini yerlərdən və din xadimlərindən olan qorxu.
5.Hidrozofobiya-Tərləmək qorxusu.
6.Qrafofobiya-Hansısa bir yazını əldə yazmaqdan qorxmaq.
7.Deypnofobiya-Süfrə arxasındaki söhbətlərdən olan qorxu.
8. Dikefobiya –Ədalət qorxusu.
9. Dorofobiya-Hədiyyə almaq və vermək qorxusu.
10.Kiberfobiya-Kompyuter qorxusu.
11.Kaunrerfobiya-Nədənsə qorxa bilmək qorxusu.
12. Kxorofobiya-Rəqs qorxusu.
13.Laxanofobiya-Tərəvəz qorxusu.
14.Medomalakufobiya-Ereksiyanın itirilmə qorxusu.
15.Metrofobiya-Poeziya qorxusu.
16.Nefofobiya-Bulud qorxusu.
17.Nomofobiya-Mobil telefonsuz(əlaqəsiz) qalmaq qorxusu
18.Nomatofobiya-Adlardan qorxmaq.
19.Oneyroqmofobiya-Gecə Eyakuliyasiyasından qorxmaq.
20.Papafobiya-Roma papasından(imumilikdəisə hər hansı bir liderdən) qorxmaq.
21.Papirofobiya-Kağız qorxusu.
22.Penterefobiya-Qaynanadan və yaxutda baldızdan qorxu.
23.Plutofobiya-Var-dövlət qorxusu.
24.Rektofobiya-Vəzifəni itirmək qorxusu.
25.Stazobazofobiya-Ayaq üstə qalmaq qorxusu.
26.Teatrofobiya-Teatr qorxusu.
27.Uranofobiya-Cənnət və göy üzünə baxmaq qorxusu.
28.Filemefobiya-Öpüşmək qorxusu.
29.Filefobiya-Aşiq olmaq qorxusu.
30.Xremotofobiya-Üzərində çox miqdarda pul daşımaq qorxusu.
31.Evfobiya-Yaxşı xəbər eşidmək qorxusu.
32.Aulofobiya-Fleyta qorxusu.
33.Araxıbuterofobiya-Üzərini(paltarını) çirkləndirmək qorxusu.
34.Miksefobiya-Özünün lüt olması və partnyorunu lüt görmək qorxusu.
35.İntifallofobiya-Cinsi əlaqədə olmaq qorxusu.
Günəş FƏRHADLI