Modern.az

Nizami Cəfərov: “Aşıq sənətində Dədə Şəmşirin öz möhürü var”

Nizami Cəfərov: “Aşıq sənətində Dədə Şəmşirin öz möhürü var”

Aktual

16 Mart 2013, 17:18

“Məlumdur ki, Aşıq Şəmşir aşıq sənətinin ən görkəmli davamçılarındandır. Buna görə də Aşıq Şəmşir haqqında yazmağa, onu araşdırmağa, təhlil etməyə keçən əsrin 50-ci illərində bizim ən görkəmli alimlərimiz, folklorşünaslarımız Məmmədhüseyn Təhmasib, Vaqif Vəliyev, Paşa Əfəndiyev və digərləri ciddi tədqiqat işləri aparıblar”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov Aşıq Şəmşir irsinin yenidən araşdırılmasına münasibətində bildirib.

Deputat bildirib ki, yeni bir dövr əmələ gəlir və aşıq sənətinə, yaradıcılığına yeni baxışda meydana çıxır. “Belə olan halda yenə ilk yada düşən 20-ci əsr aşıqlarından biri, bəlkə də birincisi Aşıq Şəmşirdir. Çünki yaradıcılığı istər söz, istərsə də musiqi baxımından çox zəngindir. Aşıq Şəmşirin yaradıcılığına müraciət bu gün aktualdır və bundan sonra da aktual olacaq. Təsadüfi deyil ki, onun dünya gəlməsinin 120 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçıları belə bir konfrans keçiriblər. Təbii ki, hələ Aşıq Şəmşiri yenə də öyrənmək lazımdır. Bəlkə də yeni bir mərhələ başlayır ki, ümumiyyətlə aşıq sənətinin tədqiqində, o cümlədən Aşıq Şəmşirin yaradıcılığı tədqiq olunsun. Aşıq Şəmşir haqqında ən çox yazan həm də görkəmli, xalq ədəbiyyatını bilən xalq şairlərimizdir. Osman Sarıvəlli, Məmməd Aslanın onun yaradıcılığını tədqiq edib və ona gözəl şeirlər yazıblar. Bu gün biz aşıq ədəbiyyatına qiymət veririksə, onu yüksək bir səviyyə qaldırmağa çalışırıqsa, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində aşıq sənəti beynəlxalq səviyyədə təqdim olunursa, orada Aşıq Şəmşir kimi böyük sənətkarların əməyi var. Bu yaradıcılıq xəzinəsidir ki, ona istinadən bu işlər görülür”.  

2013-cü ildə Aşıq Şəmşirin 120 illik yubileyi münasibətilə hansı tədbirlərin keçiriləcəyinə gəlincə, N. Cəfərov Aşıq Şəmşirin 120 illik yubileyi münasibətilə çoxlu tədbirlərin keçiriləcəyini deyib. Deputat bildirib ki, bugünkü tədbirin elmi konfrans səviyyəsində başlanması çox gözəl oldu. “Bundan əvvəl də tədbirlər olub. Hər halda düşünürəm ki, tədbir dövlət səviyyəsində də yüksək qeyd olunacaq. Əlbəttə, bu ümumxalq sənətkarının böyük yubileyidir. Vaxtilə Aşıq Şəmşirin 110 illiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə geniş qeyd olunmuşdu. Aşıq Şəmşirin yubileyinin keçirilməsi, bu gün aşıq sənətinə verilən bu yüksək qiymətdə, aşıq sənətinin YUNESKO-nun maddi mədəni irs siyahısına salınması sahəsində görülən işlərin bunun tərkib hissəsidir. Bu il müxtəlif səviyyələrdə aşıq Şəmşirin xatırlanması, əsərlərinin çap və təhlil olunması, onun sözlərinə yazılan musiqilər xalqımızın mədəni həyatında böyük rol oynayır”, – deyə deputat vurğulayıb.

Anar Kəlbiyev


 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı