Modern.az

Millət vəkilləri Brüsselə gedir

Millət vəkilləri Brüsselə gedir

Aktual

18 Mart 2013, 09:50

Milli Məclisin deputatları Azay Quliyev, Məlahət İbrahimqızı və Fərəc Quliyev Avronest PA-nın Sosial komitəsinin iclasında iştirak etmək üçün martın 18-də Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda “Şərq tərəfdaşlığı ölkələrində yoxsulluqla mübarizə və sosial təcrid etmə” mövzusunda məruzə təqdim olunacaq. Məruzə ətrafında müzakirələrdə deputatlarımız ölkəmizin maraqları mövqeyindən təkliflərini bildirəcəklər.

Səfər martın 21-də başa çatacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!