Modern.az

Nazirlər Qənimət Zahidi bağışladılar

Nazirlər Qənimət  Zahidi bağışladılar

Aktual

18 Mart 2013, 13:34


Daxili işlər naziri Ramil Usubov və fəövqəladə hallar naziri Kəmaləddin Heydərovun iddiaları üzrə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı məhkəmənin hazırlıq iclası bu gün Yasamal rayon məhkəməsində davam edib.

"Azadlıq"ın məlumatına görə, saat 12.30-da Usubovun, 13.30-da isə Heydərovun iddiası üzrə məhkəmə prosesi işə başlayıb. Hər iki prosesdə iddiaçı tərəflərin vəkili Əlirza Əbilov məlumat verib ki, iddiaya səbəb olan məqalə ilə bağlı qəzetin təkzib verdiyini, eləcə də Mətbuat Şurasının nazirlərə müraciətini nəzərə alaraq iddiaları geri götürürlər. Vəkil hakimdən bununla bağlı qərar çıxarmasını xahiş
edib.
Məhkəmə qərarını saat 17-də açıqlayacaq.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət təqibi başlamaq və onu cəzalandırmaq tələbi ilə məhkəməyə müraciət ediblər. Səbəb Q. Zahidin “Azadlıq”da dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı yazısıdır.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı