“Ukrayna heç vaxt öz torpağında və səmasında başqalarının bayraqlarını dalğalandırmayacaq”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz iki rəngin birləşməsini yüksək qiymətləndiririk. Biz heç vaxt torpağımızda başqa bayraqların rənglərini tanımayacağıq. Biz mavi və sarı bayrağımızı müdafiə etməyə hər zaman hazırıq. Azadlığın nə olduğunu bilməyənlərin bayrağı ola bilməz”, - Ukrayna lideri vurğulayıb.