Modern.az

Gürcüstanda yoluxma yenidən artır

Gürcüstanda yoluxma yenidən artır

Aktual

23 Avqust 2022, 14:30

Gürcüstanda son həftə ərzində koronavirusa yoluxma halları yenidən artıb.

 

Modern.az xəbər verir ki, avqustun 14-dən 21-dək ölkədə 13 min 595 nəfər koronavirusa yoluxub. Bu da əvvəlki həftə ilə müqayisədə 2 faiz çoxdur.

 

Hesabat dövründə 13 329 nəfər müalicə olunaraq sağalıb, 6 nəfər isə pandemiyanın qurbanı olub.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyasının başladığı ilk gündən ölkədə 1 738 785 virusa yoluxub, 16 864 nəfər COVID 19-dan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı