Modern.az

Dövlət Agentliyinin idarəetmə orqanları yaradılacaq

Dövlət Agentliyinin idarəetmə orqanları yaradılacaq

Aktual

23 Avqust 2022, 16:22

Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

 

Fərmana əsasən, nazirliyin tabeliyindəki Dövlət Ekoloji Ekspertiza Agentliyinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi ilə yanaşı, dəyişdirilməsi səlahiyyəti də Prezidentə məxsus olacaq.

 

Dövlət başçısının qərarı ilə Agentliyin idarəetmə orqanları yaradıla bilər. Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində edilən dəyişikliyə görə, İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı