Modern.az

Hacıqabulda peşə bayramı qeyd edildi

Hacıqabulda peşə bayramı qeyd edildi

Aktual

23 Avqust 2022, 16:01

Hacıqabul rayonunda 23 avqust - Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd edilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoyublar.

 

Tədbir Heydər Əliyev mərkəzində davam etdirilib.

 

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov ilk öncə bütün şəxsi heyəti  təbrik edib, daha sonra son zamanlarda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülməsi barədə danışıb.

 

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir qrup əməkdaşa rayon İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı