Modern.az

Yanğınlara şərait yaradan vərdişlərdən uzaq duraq

Yanğınlara şərait yaradan vərdişlərdən uzaq duraq

Aktual

23 Avqust 2022, 18:59

Son günlər baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiətə və əhaliyə vurulan zərər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır. Yay mövsümü, qızmar hava şəraiti, quraqlıq və taxıl biçini gələr-gəlməz günlərimizi narahatlıq və həyəcan içində keçiririk. 

 

Meşələrə ciddi zərər vuran yanğınların başladığı yeri, alovun yayıldığı nöqtələri araşdırıb təhlil aparanda ön sırada antropogen amillərin dayandığı görünür. Ötən il də, ondan əvvəlki il də və bu il də... 

 

Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov bildirib ki, niyə üstündə gəzdiyimiz, məhsulu ilə bizi qidalandıran torpağa, kölgəsində dincəldiyimiz yaşıllıqlara bu qədər etinasızıq? 

 

“Məhsulunu biçəndən sonra ot örtüyünü yandırıb külə döndərənlər, təbiət ərazilərində istrahət edərkən ocaq qalayıb söndürməyənlər, yanan siqaret kötüklərini ətrafa atanlar, görəsən, nə fikirləşir? Sual yaradan bu məqamlar dəfələrlə təkrarlandığından fermerlərlə, kənd sakinləri ilə mütəmadi maarifləndirici görüşlər keçirilir. Amma çox təəssüf ki, böyük ərazilərə, meşələrə yayılan, torpağa, yaşıllıqlara zərər vuran, hətta insanların yaşayış yerlərinə ciddi təhlükə yaradan yanğın, yenə də əsasən əkin yerlərinin, biçənəklərin yandırılmasından, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına əməl ediməməsindən başlanır.

 

Gəlin, hamımız, torpaq sahibləri, fermerlər, turistlər və ən adi vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl edək, yanğınlara şərait yaradan vərdişlərdən uzaq duraq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı