Modern.az

Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

Hərbçilərimiz Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

Aktual

23 Avqust 2022, 22:42

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanda keçiriləcək beynəlxalq təlimlərə qatılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

2400-dən çox hərbçinin iştirak edəcəyi "Noble Partner 2022" ("Layiqli partnyor 2022") təlimlərinin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi üçün regional tərəfdaşlar, müttəfiqlər arasında hazırlığın və qarşılıqlı uyğunluğun artırılmasıdır.

 

Manevrlərdə Azərbaycan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa hərbçiləri, Litvanın çoxmillətli briqadası iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı