Modern.az

Qurbanovdan məğlubiyyət şərhi: “Fəxr edirəm...”  - VİDEO

Qurbanovdan məğlubiyyət şərhi: “Fəxr edirəm...”  - VİDEO

Aktual

24 Avqust 2022, 01:06

“Futbolçulardan razıyam, çox əziyyət çəkdilər. Ağır rəqibə qarşı oynadılar”.

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya"ya 2:1 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuata açıqlamasında deyib.

 

“İlk hissədə üstünlük bizdə idi, ikinci hissədə müəyyən səhvlər oldu. Futbolçularımızdan razı qaldım. Onları təbrik edirəm. Rəqib səhvlərimizdən istifadə etdi”, - deyən Q.Qurbanov məğlub olmalarına baxmayaraq, futbolçuları ilə fəxr etdiyini söyləyib.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub. "Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı