Modern.az

Prezidentin xüsusi nümayəndəsi “Qarabağ”a təşəkkür etdi

Prezidentin xüsusi nümayəndəsi “Qarabağ”a təşəkkür etdi

Aktual

24 Avqust 2022, 08:37

“Doğma Qarabağımızın yadigarı “Qarabağ” futbol klubunu növbəti dəfə Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə ürəkdən təbrik edir və bu sevinci bizə yaşatdığı üçün ona təşəkkür edirik!”.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

 

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub. "Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı