Modern.az

Nensi Pelosinin əri cəzalandırıldı

Nensi Pelosinin əri cəzalandırıldı

Aktual

24 Avqust 2022, 08:48

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı, iş adamı Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir günlük islah işi cəzasına məhkum edilib.

 

Modern.az xəbər verir ki, Pelosi ona qarşı irəli sürülən ittihamların iki maddəsi üzrə təqsirli olduğunu etiraf edib.

 

Kaliforniyanın Napa dairəsi məhkəməsi onu 5 günlük həbs cəzasına məhkum etsə də, həmin günlərdən dördü artıq hesablanıb, sonuncusu isə 8 saatlıq ictimai işlə əvəz olunub.

 

Bundan əlavə, Pelosi üç illlik islah müddəti və 6800 dollar pul cəzasına məhkum edilib. 

 

Qeyd edək ki, mayın sonunda Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs olunub. Daha sonra iş adamı 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı