Modern.az

Çempionlar Liqasında 3 klub "pley-off"dan qrup mərhələsinə çıxdı

Çempionlar Liqasında 3 klub

Aktual

24 Avqust 2022, 09:22

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

Modern.az xəbər verir ki, "Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinə 1:2 uduzaraq, turnirdə mübarizəni dayandırdığına görə çexlər qrup mərhələsinə çıxıb.


Ukraynanın "Dinamo" (Kiyev) klubuna isə Portuqaliyada da qalib gələn "Benfika" qrup mərhələsinə vəsiqə qazanıb.


İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə məğlub olan "Srvena Zvezda" Serbiyada rəqibi ilə heç-heçə etdiyinə görə turnirlə vidalaşıb. "Makkabi" isə qrup mərhələsinə yüksəlib.


Bu gün Çempionlar Liqasında digər cavab qarşılaşmaları olacaq. Qrup mərhələsinin hələlik 32 iştirakçısından 29-u məlumdur.

24 avqust


23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budo Qlimt" (Norveç) 
İlk oyun - 0:1


23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 2:2


23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) 
İlk oyun - 1:2

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı