Modern.az

Prezidentin köməkçisi: “Qarabağ”la fəxr edirik!

Prezidentin köməkçisi: “Qarabağ”la fəxr edirik!

Aktual

24 Avqust 2022, 09:30

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb.

 

Qeyd edək ki, “Qarabağ” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Çexiyada "Viktoriya" (Plzen) klubunun qonağı olub. "Dusan Arena"da oynanılan matçda “Viktoriya” komandası 2:1 hesablı qələbə qazanıb. Bununla da “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...