Modern.az

Paşinyan-Əliyev görüşü bu tarixdə keçiriləcək

Paşinyan-Əliyev görüşü bu tarixdə keçiriləcək

Aktual

24 Avqust 2022, 17:43

Ermənistanın bəzi KİV-ləri Ermənistan, Azərbaycan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün avqustun 31-də Moskvada keçiriləcəyi ilə bağlı məlumatlar yayıb. İddia olunur ki, iclasda “Zəngəzur dəhlizi” məsələsi müzakirə olunacaq.


Modern.az xəbər verir ki, hökumətin mətbuat xidmətindən “Sputnik Ermənistan”a bildirilib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü barədə konkret məlumat yoxdur.


Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirmişdi ki, Moskva avqustun sonuna kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır.


 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı