Modern.az

Millimiz İran yığmasına məğlub oldu

Millimiz İran yığmasına məğlub oldu

Aktual

25 Avqust 2022, 00:14

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

 

Modern.az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

 

Komandalar arasında sonuncu yoldaşlıq oyunu bu gün keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı