Modern.az

117 avtobusun hərəkətində gecikmələr var

117 avtobusun hərəkətində gecikmələr var

Aktual

25 Avqust 2022, 10:07

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 43 müntəzəm marşrut xətti üzrə 117 avtobusun hərəkət intervalında gecikmələr var.
 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.


Gecikən avtobuslar aşağıdakılardı:
 

1. Bakı-Sumqayıt şossesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

 

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 11-15 dəqiqə gecikmə müşahidə olunur.

 

3. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə qeydə alınıb.

 

4. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

 

5. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12 -17 dəqiqə gecikmə müşahidə edilir.

 

6. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.

 

7. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə var.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?