Modern.az

Delimitasiya üzrə komissiyaların görüş vaxtı AÇIQLANDI

Delimitasiya üzrə komissiyaların görüş vaxtı AÇIQLANDI

Aktual

25 Avqust 2022, 12:37

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının növbəti iclasının vaxtı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü avqustun 30-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 

 

Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı