Modern.az

Laçından çıxan 20 erməni ailəsi Zəngəzura köçürülüb

Laçından çıxan 20 erməni ailəsi Zəngəzura köçürülüb

Aktual

25 Avqust 2022, 13:33

Azərbaycanın Laçın şəhərindən və Laçın rayonunun Zabux kəndindən çıxarılan 20 erməni ailəsi Zəngəzur bölgəsinə yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Zəngəzur qubernatorun müavini Nare Qazaryan bildirib.


Onun sözlərinə görə, köçürülən ermənilərin bəziləri mənzillə təmin olunub, digərləri isə harada qalacaqlarına hələ qərar verməyiblər. Onlar Gorus və Qarakilsə arasında seçim etməli olacaqlar. 

 

Qeyd edək ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-nə kimi vaxt vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı