Modern.az

Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını verəcək

Türkiyə Finlandiya və İsveçə terrorçuların yeni siyahısını verəcək

Aktual

25 Avqust 2022, 13:38

Sabah Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında üçtərəfli görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, Helsinkidə baş tutacaq görüş zamanı Türkiyə bir sıra tələblər irəli sürəcək. Ankara Helsinki və Stokholma Türkiyəyə ekstradisiya edilməli olan terrorçuların yenilənmiş siyahısını təqdim edəcək.

 

Bundan əlavə, görüşdə iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmaq barədə müraciəti müzakirə olunacaq. Həmin görüşdə NATO-nun iyun ayında keçirilmiş zirvə toplantısında bu ölkələr tərəfindən imzalanmış üçtərəfli sazişin detalları da nəzərdən keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı