İtaliyalı məşhur aktyor Enzo Qarinei dünyasını dəyişib.
Modern.az xəbər verir ki, sənətçi 96 yaşında vəfat edib.
1926-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olan Qarinei 1949-cu ildən bəri təxminən 80 filmdə rol alıb. Teatr, kino və televiziya sahəsində tanınan Qarinei, eyni zamanda səsləndirdiyi personajlarla məşhurluq qazanıb.
Enzo Qarinei tanınmış dramaturq və teatr rejissoru Pietro Qarineinin qardaşıdır.