Modern.az

Putindən ordu ilə bağlı qərar - Hərbçilərin sayı artırılır

Putindən ordu ilə bağlı qərar - Hərbçilərin sayı artırılır

Aktual

25 Avqust 2022, 15:56

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, sənədə əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.

 

Bundan əvvəl 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır