Modern.az

Qazaxıstan səfirliyi silsilə tədbirlər keçirir - FOTO

Qazaxıstan səfirliyi silsilə tədbirlər keçirir - FOTO

Aktual

25 Avqust 2022, 16:23

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur.

 

Qazaxıstan Prezidenti Kasım Jomərd Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkənin millli mədəni tarixi, turizm potensialı, təhsil və mədəniyyət sahəsində müxtəlif memorandumlar imzalanır.

 

Modern.az xəbər verir ki, bu gün qazaxıstanlı və azərbaycanlı qonaqların iştirakı ilə Şimkənt şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə ROAD-show sərgisi keçirilib. Tədbirdə Şimkənt şəhərinin akimi Aybek Sattıbayev, şəhərin maslihat katibi Baxadır Narımbetov, turizm idarəsinin rəhbəri Yerlan Kıdırov, biznes dairələri, AIR ASTANA aviaşirkətinin, SANDYQ etno-restoranın nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

 

Yaşı 2000 ildən artıq olan Şimkənt şəhərinin turizm potensialının və istiqsadi bazasının təqdimatı mərasimində  Qazaxıstanın musiqili qonaqları rəngarəng repertuarla tədbir iştirakçılarını salamlayıblar.

 

Şımkənt şəhərinin maslihat katibi Baxadır Narımbetov Şimkənt şəhərinin tarixi və insanları haqqında məlumat verərək bildirib ki, Qazaxıstanda məskunlaşan 100 mindən çox azərbaycanlının 32 faizi Şımkənt şəhərində yaşayır. Onların bu qədim şəhərdə onilliklər boyu həmrəylik və sülh şəraitində yaşadıqlarını, qurub-yaratdıqlarını  dedi. Əlavə edib ki, Qazaxıstanda mövcud olan xalq diplomatiyası uzun əsrlərdən bəri burada yaşayan bütün millətləri bir-birinə dost edib.

 

Şimkənt şəhər merinin müavini Aybek Sattıbayev Cənubu Qazaxıstanın incisi sayılan Şimkənt şəhərində bu günümüzə qədər qorunub saxlanan, YUNESKO-nun maddi İrs siyahısına salınan  müqəddəs və sakral məkanlardan bəhs edib. Türk dünyasının mənəvi paklıq fəlsəfəsinin banisi Əhməd Yəssəvininın atası İbrahimin, anası Karasaç ananın da türbələrinin burada yerləşdiyini bildirib. O, əlavə edib ki, hər il dünyanın bir çox ölkələrindən Şimkəntə gələn turistlər arasında təəssüf ki, qardaş Azərbaycandan gələnlərin sayı çox azlıq təşkil edir. O gələn ilin yaz aylarında Şimkəntdə Beynəlxalq Tülpan Festivalını keçirəcəklərini də söyləyib.

 

Şımkənt şəhərinin təqdimatı mərasimində həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq memorandumları imzalanıb. Azərbaycanın təhsil müəssisələri ilə Qazaxıstan təhsil müəssisələri arasında çoxtərəfli inkişaf proqramını nəzərdə tutan memorandumu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, ADNSU nəzdində Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru  Pənah  Muradov və  Muxtar Auvezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru  Dariya Kojamzarova imzalayıblar.

 

Daha sonra SANDYQ etno restoranının təqdimatı olub. Etno restoranın sahibəsi, milli yenəklər üzrə etnoqraf  Aygerim Musahjıyeva dünən Azərbaycan Prezidenti İlham Əliyevə məhz bu restoranın ləziz yeməklərini təqdim etdiklərini söyləyib. O bildirib ki, Azərbaycanda da bu restoran şəbəkəsini açmaq niyyətindədirlər. Çünki bu restoranın qonaqları milli türk yeməkləri ilə könüllərini xoş etməklə bərabər, həm də yeməklərin qədim tarixi haqqında məlumatlar əldə edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı